Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2020

Qlobal böhrana görə 250 ekspert toplanır

Yanvarın 27-dən fevralın 1-dək Portuqaliyanın Faro şəhərində qlobal iqlim dəyişmələri üzrə 250-dən artıq ekspertin görüşü təşkil olunacaq.

BMT-nin İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupu tərəfindən təşkil olunan iclas Alqarve Universitetində keçiriləcək. Dünyanın 60 ölkəsindən olan ekspertləri birləşdirən qrup iqlim dəyişmələrinin ekosistemə və insan fəaliyyətinə təsiri barədə məruzə hazırlayacaqlar. Bu sistemlərin iqlim dəyişmələrinə uyğunlaşdırılması və iqlimlə bağlı risklərin azaldılması yollarından ötrü imkanları və məhdudlaşdırılması təhlil olunacaq.

Eyni zamanda, ölkələr qlobal istiləşmənin 2 dərəcə Selsidən aşağı saxlamaq və 1,5 dərəcə Selsiyədək azaltmağı qarşısına məqsəd qoyan istixana qazlarının azaldılması barədə Paris Sazişinin hədəflərindən birinə nail olunması istiqamətində irəliləməni dəyərləndirəcəklər.

Dünyanın hər bir yerindən yüzlərlə alimi birləşdirən ekspert qrupunun fəaliyyəti 2007-ci ildə Nobel mükafatına layiq görülüb.


127 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.02.20, 13:17
Qubaya 50 sm qar yağdı
Go to TOP