Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2020

Sionist hərbçilər 100 fələstinlini yaraladı

“Anatolu”-nun verdiyi xəbərə görə, sionist rejim hərbçiləri ilə qarşıdurmada yaralanan fələstinlilərin sayı 97 nəfərə çatıb.
Fələstin Qızıl Aypara Cəmiyyəti elan edib ki, cəmiyyətin kadrları Fələstinin müxtəlif şəhər və kəndlərində işğalçı sionist rejim hərbçiləri ilə pərakəndə qarşıdurmada yaralanmış 97 nəfəri müalicə edib.
Qızıl Aypara Cəmiyyətinin bəyanatında həmçinin deyilir: “Yaraların səbəbləri müxtəlifdir. Onlardan bəziləri plastik güllə yarası alıb, bəziləri gözyaşardıcı qazlardan zəhərlənib, bəziləri də yanıq xəsarətləri, bəziləri isə hündür yerdən yıxılıb.
Toqquşmalar əsasən, Tubas, Şimali İğvar, Nablus, Qəlqilə, Şimali Tulkərm, Əriha və Ramullahda baş verib.”
Fələstin əhalisi Amerika-sionist “Əsrin sazişi” planına etiraz edir.


158 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP