Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2020

Suriya ordusu strateji Lof qəsəbəsini terrorçulardan azad etdi

Suriya müqavimət qüvvələri İdlib ətrafında öz uğurlarının ardınca digər bir strateji qəsəbədə nəzarəti ələ keçirib.
Suriyanın SANA xəbər agentliyinin verdiyi məlumata görə, müqavimət qüvvələrinin İdlib ətrafında təkfirçi terrorçularla döyüşləri davam edir. Ordu qüvvələri öz uğurlarının davamında Lof qəsəbəsini terrorçulardan azad edib.
Digər tərəfdən Suriya ordusu təzə azad edilmiş Məarrat ən-Noman ətrafında yerləşən və azad edilmiş Heyş qəsəbəsinin cənubunda terrorçuların istehkam mövqelərindən birinin yerini kəşf edib.
Cəbhədən verilən xəbərlərə görə, Suriya ordusunun İdlib ətrafında yerləşən, Ankara və digər ərəb dövlətləri tərəfindən dəstəklənən terrorçulara qarşı irəliləyişləri davam etməkdədir.


163 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP