Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2020

Seçkilərdə iştirak etməklə bağlı bəzi fiqhi sual-cavab

İmam Xomeyni:
“Bəzi vaxtlar seçkilərdə iştirak etməmək, yaxud ona göz yummaq bütün böyük günahların fövqündə duran bir günahdır. Hadisə baş verməzdən öncə həmin hadisəyə çarə qılmaq lazımdır. Əks təqdirdə hadisənin qarşısını almaq hamının əlindən çıxar. Bu şəri, milli və insani bir vəzifədir və hamı ona əməl etməlidir. Bizim hamımız seçkilərdə iştirak etməliyik.”

Ayətullah əl-üzma Xamenei
Sual: 1. Kafir ölkəsində milli seçkilərdə iştirak etmək icazəlidirmi?
2. Əgər icazəlidirsə, başqa şəxsə deyil, təkcə müsəlmanların bəzi məsələlərdə (məsələn xarici qüvvələrin İraqdan çıxması) onu dəstəklədiyi və təsdiq etdiyi namizədə səs vermək olarmı?
Cavab: 1 və 2. Qanuni ictimai və siyasi işləri öhdəsinə almaq üçün Milli Məclis namizədlərinə səs verməyin iradı yoxdur və bu məsələdə müsəlman və qeyri-müsəlman namizəd arasında fərq yoxdur.
Sual: Seçki vaxtlarında uyğun namizədi tanımaq üçün onların keçmiş və hazırkı nöqsan, eyb və üstünlükləri araşdırılmalıdır ki, layiq şəxs tapılsın. Daha səlahiyyətli şəxsi seçmək üçün namizədlərin arxasınca danışmaq olarmı? Meyar nədir?
Cavab: Seçkilərə bağlı olan məsələlərdə məsləhətləşmə həddində eybi yoxdur.
Sual: Digər ölkələrdə keçirilən seçkilərdə iştirak edib-etməməyin hökm nədir? Bu hökmdə islami və qeyri-islami ölkələr, ölkənin rəsmi seçkiləri və kiçik qeyri-rəsmi seçkilər arasında fərq varmı? Əgər fərq varsa, onların hər birinin hökmü nədir?
Cavab: Ümumiyyətlə, fəsadın, yaxud artıq fəsadın qarşısının alınmasına səbəb olacaq seçkilərdə iştirak etmək vacibdir. Habelə, İslam və müsəlmanların zəiflənməsinə səbəb olacaq seçkilərdə iştirak etməmək vacibdir.

Ayətullah əl-üzma Sistani
Seçkilərdə iştirak etmək şəri baxımdan vacibdir və onda iştirak etməmək bağışlanılmaz bir işdir. Əgər bir kəs namaz qıla bilməsə, yaxud oruc tuta bilməsə, onun qəzasını yerinə yetirə bilməsi mümkündür, lakin seçkilərdə iştirak etməmək qəzası olmayan bir vacib əməldir.

Ayətullah əl-üzma Şübeyr Zəncani
Burada müxtəlif məsələlər ola bilər. Əgər haqq məzhəbin yaşaması seçkilərdə iştirak etməyə bağlı olsa, yaxud iştirak etməmək toplumda böyük fəsada səbəb olarsa, iştirak etmək lazımdır.

Ayətullah əl-üzma Məkarim
Sual: Seçkilərdə iştirak etməməyin dini baxımdan iradı varmı? Əgər iradı varsa, ağ səs vermək olarmı?
Cavab: Seçkilərdə iştirak etməmək icazəli deyil.
Əgər bir kəsə etimad göstərə bilməsə, ağ səs verə bilər.
Sual: Seçki vaxtlarında səhv təfəkkürlü, siyasi, əxlaqi, maddi baxımdan fəsadlı olan namizədə camaatın səs verməməsi üçün onun həmin sahələrdəki eyblərini açmaq olarmı?
Cavab: Belə namizədlərə səs verməklə bağlı məsləhətləşmə məqamında olsa, eybi yoxdur. Lakin onların xüsusiyyətlərini açıqlamaq lazımdır, nəinki onlara qarşı hörmətsizlik, təhqir, ya Allah etməmiş töhmət vurulmuş olsun.
Sual: Seçkilərdə iştirak etməmək günahdırmı?
Cavab: Bəli, şəri bir üzr olmadan iştirak etməmək icazəli deyildir.
Sual: Heç bir hörmətsizlik, iftira, yalan məlumatın yayılması və s. məzmunlu məsələlər olmadan Məclis nümayəndəliyi seçkiləri təbliğatına qarşı təxribatçı hərəkət etmək olarmı?
Cavab: Başqalarına qarşı təxribat, nə seçkilərdə, nə də ondan başqa məsələlərdə ––istər yalan məlumatların yayılması və ya təhqir etməklə olsun, istərsə də bu xaraketerli məsələlər olmadan– icazəli deyil.


177 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP