Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2020

Kanadada silahlı insident zamanı 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Kanadanın Toronto şəhərinin mərkəzində yaşayış binasının 32-ci mərtəbəsində silahlı insident baş verib.

CBC telekanalının verdiyi məlumata görə, atışma zamanı üç nəfər ölüb, iki nəfər yaralanıb.

Hadisə yerinə gələn polis, iki nəfərin cəsədini aşkar edib. Ağır yaralı olan üçüncü şəxs isə xəstəxanada ölüb.

Ölən və yaralananların 19-22 yaş aralığında olduğu bildirilir.

Polisin qənaətinə görə, gənclər arasında atışma olub.


150 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP