Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2020

Taliban: “ABŞ Əfqanıstandan çıxmasa, onu çıxartmalı olacağıq”

Əfqnıstandakı Talibanın hərəkatının Siyasi müşaviri və bu qrupun müzakirə qrupunun başçısı Molla Əbdülqəni Bəradər ABŞ qüvvələrinin Əfqanıstandan çıxmalı olduğunu bildirib.

Mehrə xəbər verir ki, ABŞ-ın PBC kanalına danışan Molla Əbdülqəni Bəradər, bir daha Talibanın mövqeyini vurğulayaraq, belə deyib: “Bir gün ABŞ, Əl-Qaidənin lideri Usamə bin Ladenin mövcudluğu və fəaliyyəti bəhanəsiylə ölkəmizə ordusunu yığdı, amma özü Usamə bin Ladeni qonşu ölkə Pakistanda təhlükəsiz bir evdə xüsusi təyinatlı dəstələrlə öldürdü. İndi bu hədəfin aradan qalxması və 18 ildir Əfqanıstana ordu yığmağın və bu ölkəni işğal etməyin bir səhv olduğunun etiraf edilməsindən sonra, onların vətənimizdən çıxmalarının vaxtı çatmadımı?

Müharibə bütün ABŞ birlikləri Əfqanıstandan çıxdığı vaxt sona çatar və bu mövzuda əsla onlara yalvarmayacağıq, ancaq əgər Qızıl ordunun işğalçıları özləri getməzsə, hətta uzun illər davam etsə də, onları bu ölkədən çıxarmaq məcburiyyətində qalacağıq”./deyerler/


466 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.07.20, 08:29
Gəncə sakini intihar edib
Go to TOP