Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2020

Suriya ordusu İdlibin Nəyrəb qəsəbəsini azad etdi

Suriya ordusu bu gün (bazar ertəsi) İdlib şəhərinin şərqində yerləşən Nəyrəb qəsəbəsini terrorçulardan azad edərək İdlibin mərkəzinə bir addım da yaxınlaşıb.
Suriya mənbələrinin verdiyi xəbərə görə, Nəyrəb qəsəbəsi M4 adlanan Hələb-Laziqiyyə beynəlxalq magistral yoluna yaxındır.
Bu böyük uğur Türkiyənin logistik dəstək verdiyi terrorçularla ağır döyüşdən sonra əldə edilib.
Suriyanın “Əl-İlamul-hərbi” xəbər agentliyinin verdiyi məlumata görə, İdlibin 7,5 km-də yerləşən Nəyrəb qəsəbəsi terrorçulardan azad edildikdən sonra Suriya ordusu Səraqib və Əriha şəhərləri arasında terrorçuların əlaqəsini tamamilə kəsə bilib.
Suriya ordusu bu qələbə ilə həm İdlib, həm də Əriha şəhərinin 8 km-nə çatıb.


164 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.02.20, 13:17
Qubaya 50 sm qar yağdı
Go to TOP