Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2020

Daha bir faciə: Ana doğuşdan sonra dünyasını dəyişdi

Lənkəran rayonunda 24 yaşlı ana doğuşdan sonra ölüb.

Reportun xəbərinə görə, rayonun Girdəni kənd sakini, 1996-cı il təvəllüdlü Gülnar Rauf qızı Babayeva 38-39 həftəlik hamilə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Perinatal Mərkəzinə daxil olub.

Doğuşa hazırlıq prosedurundan sonra bu gün səhər saatlarında G.Babayeva qeysəriyyə yolu ilə dünyaya uşaq gətirib. Əməliyyatdan sonra qadında qanaxma başlayıb. Zərurət səbəbindən xəstə yenidən əməliyyata alınıb. Həkimlərin səylərinə baxmayaraq, G.Babayevanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ötən il də G.Babayeva qeysəriyyə yolu ilə övlad dünyaya gətirib.


165 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP