Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2020

Suriya ordusu terrorçuların son bazasına tərəf irəliləyir

Suriyanın “SANA” rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, ordu qüvvələri bu gün Səraqibin şərqində Məntar əl-Xəşaxiş, Təll ər-Raqim, Təll əl-Vəsitə, Cəbəl-Təvil və Əl-Muşəyrəfə kəndlərini terrorçulardan azad edib.

Suriya ordusu son günlərdə Səraqib şəhərinin ətrafındakı bir çox kəndləri azad edərək terrorçuların son bazası olan İdlibə tərəf sürətlə hərəkət etməkdədir.

Türkiyə dövlətinin Suriyada yerləşən terrorçu qruplara logistik dəstək verməsinə baxmayaraq, müqavimət qüvvələri ötən həftənin çərşənbə axşamı İdlibin cənubunda strateji Məarrat ən-Numan şəhərini terrorçulardan azad etdi və çərşənbə günü Xan Tuman qəsəbəsi də daxil olmaqla onlarla qəsəbə və kəndi terrorçulardan təmizlədi.


168 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP