Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2020

Suriya ordusu Səraqibin 1 km-də

Suriya televiziyası ordu qüvvələrinin İdlibin şərqində bir neçə yaşayış məntəqəsini azad etdiyini xəbər verib.
Suriya ordusu bu gün İdlibin cənub-şərqində Əl-Vəsitə, Ər-Raqim, Buləysə, Təll-Əğər kəndlərini terrorçulardan azad edib. Bu kəndlər Əbu əd-Duhur şəhərində yerləşir. Terrorçular əhalinin keçid məntəqələri vasitəsilə şəhərdən çıxmasına mane olurlar.
Ordu qüvvələri həmçinin bu gün Homs əyalətinin Kəfərlaha qəsəbəsindəki məktəblərin birində terrorçuların silah anbarını tapıb.

Suriya qüvvələrinin İdlibin şimalında irəliləyişləri ilə eyni zamanda xəbər mənbələri bildiriblər ki, Türkiyə dövləti terrorçuların yerləşdiyi Səraqibin süqut etməsindən və bunun ardınca müqavimət qüvvələrinin İdlib şəhərinə çatacağından qorxduğu üçün Səraqib ətrafında dörd tərəfdən qüvvələr yerləşdirib və gözətçi məntəqələri inşa edir.
Bəzi mənbələrin yazdığına görə, Suriya ordusu artıq İdlibin 8 km-nə və Səraqibin 1 km-nə çatmışdır.


158 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP