Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2020

İmpiçment amerikalılara necə təsir edib?

ABŞ Prezidenti Donald Trampın impiçment prosesi amerikalıların siyasi görüşlərinə təsir etməyib. Ölkə artıq qütbləşib.

Bu sözləri Brukinqs İnstitutunun eksperti Reşon Rey deyib.

“İmpiçment insanlara təsir etməyib. Ölkəmiz o qədər qütbləşib ki, impiçment heç bir halda təsir göstərməyib. Xalq artıq öz düşüncələrini formalaşdırıb. Belə ki, demokratlar Senatda səsverməyə qədər Trampı ittiham edirdilərsə, respublikaçılar bu məsələni mübahisələndirirdilər”, - deyə Rey bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Senatında Prezident Donald Trampın impiçmenti ilə bağlı dinləmələrə başlanılıb.

Tramp vəzifə səlahiyyətlərindən sui-istifadədə və Konqresin fəaliyyətinə mane olmaqda ittiham edilir.


131 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.02.20, 13:17
Qubaya 50 sm qar yağdı
Go to TOP