Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2020

Suriya ordusu Türkiyənin 6-cı müşahidə postunu mühasirəyə aldı

Suriya ordu öz irəliləyişlərinin davamında Türkiyənin 6-cı müşahidə postunu da mühasirəyə ala bilib.
Cəbhə mənbələrinin verdiyi xəbərə görə, Suriya ordusu bu gün Hələbdə Əl-İkarda və Əl-Həzbətul-xəzra məntəqələrini terrorçulardan azad edib.
Bu məntəqələrin azad edilməsi ilə ordu qüvvələri Suriya torpaqlarına soxulmuş təcavüzkar Türkiyə ordusunun 6 müşahidə postunu mühasirəyə alıb.
Suriya ordusu ötən günlərdə Hələbdə 52 məntəqəni terrorçulardan azad edib və İdlibdə irəliləyərək 135-dən çox məntəqəni və 600 kvadrat kilometr ərazini Türkiyənin logistik dəstək verdiyi terror qruplarından azad edib. Habelə Hələb-Dəməşq magistral yolunda nəzarəti bərpa edib.


117 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.02.20, 13:17
Qubaya 50 sm qar yağdı
Go to TOP