Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2020

Türkiyəyə bağlı terrorçular İdlibdə ağır təlafat verdi

Suriya və Rusiya qırıcıları İdlibin şərqində Türkiyəyə bağlı 60 terrorçunu məhv edib.
Suriya ordusunun İdlibin şərqində terrorçulara qarşı əməliyyatları davam edir.
Suriya ordusunun 25-ci xüsusi əməliyyat briqadasında olan hərbi mənbə terrorçuların Məarrat ən-Numana qarşı hücum planının nakam qalmasını bildirib.
Hərbi mənbə “Sputnik”-ə verdiyi açıqlamasında deyib: “Türkiyəyə bağlı Heyətu təhrir əş-Şam və digər terrorçu qruplar Suriya ordusunun Məarrat ən-Numanda yerləşən mövqelərinə hücum etmək istəyib. Bununla eyni zamanda Rusiya kəşfiyyat təyyarələri çoxlu sayda terrorçunun Deyr Sunbul qəsəbəsi yaxınlığında toplaşdığını və çoxlu hərbi texnikaya sahib olduqlarını məlumat verib. 80 terrorçu 5 bərabər qrupa bölünərək bir istiqamətdə toplaşmışdı. Suriya və Rusiya qırıcıları bu terrorçulara zərbələr endirdi. Bu hücumda 60 terrorçu öldü və qalanları yaralandı. 8 zirehli texnika, o cümlədən Türkiyənin terrorçulara verdiyi hərbi texnikalar məhv edildi.”
Hərbi mənbə əlavə edib: “Terrorçuların bu hücumu ilə eyni zamanda Cəbhətün-nüsrə və Əcnadul-Qafqaz terror qrupları da Suriyanın Səraqib şəhərindəki mövqelərinə hücum etdilər. Suriya ordusu terrorçuların bu hücumunu da dəf etdi. Ən-nüsrə terrorçuları əvvəl Neyrəb qəsəbəsində irəliləsə də döyüşün davamında suriyalı qüvvələr bu qəsəbədə nəzarəti tam ələ aldılar.”
Suriya ordusu 20 günə yaxındır ki, İdlib istiqamətində dinc əhaliyə divan tutan terrorçulara qarşı əməliyyata başlayıb. Türkiyə İdlibdə yerləşən vəhşi terrorçuları müdafiə etmək üçün əlindən gedəni etməyə çalışsa da, suriyalı qüvvələr qarşısında itkilər verməsi, onun özünü itirməsinə səbəb olmuşdur.


448 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.07.20, 08:29
Gəncə sakini intihar edib
Go to TOP