Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2020

Pelosi: Trampın İrana qarşı düşmənçiliyi əsgərlərimizin canını təhlükəyə salır

Amerika Nümayəndələr Məclisinin sədri Trampın İrana qarşı hərbi səlahiyyətlərinin azaldılması ilə bağlı qəbul edilmiş qətnaməni izah edib və onu Amerika xalqının əmin-amanlığının qorunması istiqamətində bir addım adlandırıb.
Nensi Pelosi deyib: “Bizim Konqres üzvü olaraq ilk vəzifəmiz Amerika xalqının əmin-amanlığını təmin etməkdir.”
Pelosi vurğulayıb: “Prezidentin Konqreslə məsləhətləşmədən İrana qarşı düşmənçilk üzündən verdiyi ağılsız qərarları bizim hərbçilərimizin, diplomatlarımızın və digərlərinin canını təhlükəyə salır. Bununla belə, dövlət müəyyən strategiyasının olmadığı və bunun hərbçilərə qarşı yaranan təhlükələri üzündən neçə həftədir ki, Konqresi və Amerika xalqını anlaşılmaz vəziyyətdə saxlayıb. İranın intiqam hücumu nəticəsində 100-dən çox hərbçimiz beyin zərbəsinə düçar olub. Eyni halda prezident bunu inkar edir və onu “baş ağrısı”, “qeyri-ciddi” adlandırır.”
Nümayəndələr Palatasının spikeri bəyanatın sonunda deyib: “Prezident Konqres və Amerika xalqını dinləməlidir, xalqın mənafeini və canını qorumaq üçün gərginliyi aradan qaldıran strategiyada Konqreslə əməkdaşlıq etməlidir. Müharibə Amerika və dünya üçün dözülməzdir.”
Xatirladaq ki, dünən Amerika Konqresi prezidentin İrana qarşı hərbi səlahiyyətlərini məhdudlaşdırdı və bu qətnaməyə görə, prezidentin İrana qarşı hər hansı hərbi hərəkəti üçün Konqresdən icazə alınmalıdır.


424 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.07.20, 08:29
Gəncə sakini intihar edib
Go to TOP