Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2020

Təl-Əvivdən qayıtmış turistlərdə koronavirus aşkar edildi

Sionist rejim KİV-i şənbə günü Təl-Əvivdən qayıtmış bir qrup koreyalı turistin koronavirusa yoluxduğunu xəbər verib.
“Debka”-nın yazdığına görə, “İsraildən” qayıtmış 39 koreyalı turist üzərində aparılan analizlərdən sonra onlardan ən azı 9 nəfərinin koronavirusa yoluxduğu məlum olub.
Cənubi Koreyadan olan turistlərin işğal edilmiş Fələstində, yaxud səfərdən öncə bu virusa yoluxduğu hələ ki, məlum deyil.
Sionist rəsmilər bu turistlərin səfər boyu gəzdikləri şəhərlərdə yüzlərlə insanla təmasda olduğunu və bu səbəbdən virusa nəzarətin çətin olacağını düşünürlər.
Bundan əvvəl də sionist rejimi bir neçə israillinin koronavirusa yoluxduğundan şübhələnmişdi və ən azı 1 nəfərin analizinin müsbət olduğu elan etmişdi.
Təl-Əviv virusun yayılmasının qarşısını almaq məqsədilə karantin elan edilməsini nəzərdə tutub və sionistlərdən istəyib ki, koronavirus əlamətinə düçar olduqları surətdə özlərini iki həftə müddətində evdə həbs etsinlər və çölə çıxmasınlar.


202 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.04.20, 08:42
Eks-prezident həbs edildi
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP