Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2020

Müqtəda Sədr: Tramp qərbdə ibadət və dua etməyə dəvət edir, şərqdə isə camaat namazı dayandırılır

“Bağdad əl-Yəvm” qəzetinin yazdığına görə, İraq Sədr Hərəkatının rəhbəri Müqtəda Sədr Amerika prezidenti Donald Trampın əhalini səhər dua və ibadət etməyə dəvət etməsinə münasibət bildirərək deyib: “Təəccüb edirəm ki, qərb və Tramp səhərki günün ibadət və dua günü olmasını istəyir, lakin şərqdə cümə və camaat namazları dayandırılıb, məsumların (ə) hərəmlərinin ziyarətləri dayandırılmaqdan əlavə, bağlanıb və bu kimi addımlar atılıb.”
Sədr əlavə edib: “Bu təzad təəccüblü deyilmi? Onlar (qərb) dua və qeybə təvəssül edirlər, biz isə dünya, maddi işlərlə kifayətlənək və mənəviyyatdan uzaq qalaq?”


139 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP