Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2020

İsrail-Ermənistan münasibətləri, yaxud Ayının min oyunu

Son zamanlar İsrail-Ermənistan münasibətlərində xüsusi yaxınlıq diqqət çəkir. Rəsmi məlumatlara görə, yaxında Ermənistanın İsraildə səfirlik açacağı gözlənilir. Bu, həyata keçəcəyi təqdirdə növbəti addımı proqnoz etmək çox da çətin deyil. Ümumiyyətlə, bu addımın əslində, İsrail-Azərbaycan yaxınlaşmasından, Azərbaycanın diplomatiya və lobbiçilik bəhanəsilə İsraildə səfirlik açmasından ötrü ortaya atıldığını söyləmək lazımdır. 

Azərbaycana yaxınlaşmaq İsrailin nəyinə lazımdır? İlk olaraq, daha bir müsəlman dövlətinin Fələstini rəsmən satması İsrail üçün böyük əhəmiyyətə malikdir. İkinci və əsas amil isə, təbii ki, İranla bağlıdır. Necə deyərlər, ayının min oyunu bir armudun üstündədir!

Uzun illərdir Əliyevlər rejiminə ən mühüm qlobal dairələrdə dəstək verən Ümumdünya Sionist Təşkilatı, görünür, status-kvo ilə qane olmur, Azərbaycan hakimiyyətini anti-İran tədbirlərində tərəf seçməyə, daha açıq mövqe nümayiş etdirməyə çağırır. Bu mövqe Azərbaycan üçün yaxşı heç nə vəd etməsə də, hakim rejim ömrünü uzatmaqdan ötrü bundan imtina etməyə bilər. Artıq on birinci ildir Şiə məzhəbli islamçılara qarşı aparılan repressiyaları hakimiyyətin bu yönümdə İsrailin gözündən pərdə asması kimi başa düşmək lazımdır. Əliyevlər hər dəfə bir qrup dindar azərbaycanlını həbs etməklə sionistlər daxil bütün Qərb dünyasını guya İranın mühüm bir şəbəkəsini dağıtdığına inandırmışlar. Son zamanlar sosial-siyasi gərginliyinin azaldılmasının, hətta əfv və amnistiyanın gözlənildiyi bir şəraitdə şiə islamçılara qarşı yeni həbs dalğasının başlanması da İsrailin öz vassalına qarşı yeni diktələrindən xəbər verir.


1224 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP