Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Mart 2020

Ənsarullah Hərəkatının rəhbəri: Ərəbistan və BƏƏ sionist rejim və ABŞ-ın alətləridir

“Əl-Məsirə” telekanalının verdiyi xəbərə görə, Ənsarullah Hərəkatının baş katibi Əbdulməlik Bədrəddin əl-Husi bu gün “Şəhid Günü” münasibətilə çıxış edərək, Yəməndə və dünyada baş verən hadisələrə toxunub.

Ənsarullah lideri deyib: “Biz şəhid Hüseyn Bədrəddinin Ənsarullah Hərəkatını təsis etməsindəki işinin əhəmiyyətinə vaqifik. Problemlərin çoxu bizə keçmişdən qalmışdır və zülmkar hökmranlar onu bizə miras qoyublar. Ölkə xaricində çoxlu hamiləri olan bu zülmkar hökmranlar qarşısında dayanmaq çox mühüm idi. Lakin təəssüflər olsun ki, bəziləri bu məsələyə diqqət yetirmir.”

Ənsarullah lideri vurğulayıb: “Yəmənə təcavüz bu ölkəni Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri qarşısında diz çökürtmək, sonda Amerika və “İsraili” Yəmənə hakim etmək məqsədi ilə başladıldı.
Ərəbistan və BƏƏ rejimləri Amerika və İsrailin alətləridir. Bu rejimlər regionda Amerikanın maraqlarını təmin etmək istiqamətində addım atırlar. Bugün İslam ümməti üçün Amerika və sionist rejiminin təhlükəsi daha çox aydın olur. Bu təhlükə fitnə, məkirli plan, iqtisadi zərbə və digər yollarla aparılır.
Problemlər bizim ümmətimizə qarşı yönəldilib. Biz bu təhlükələri görməməzliyə vura bilmərik. Çünki Amerika müxtəlif adlarla ərəb və İslam aləminə nüfuz etməyə səy edir.” 

Korona virusunun ölkələrə yayılmasına işarə edən Əbdülməlik deyib: “Bu virus ümumdünya təhdid və təhlükədir. Yəmənlilər bu məsələyə laqeyd yanaşa bilməzlər. Çünki bu təhlükə Yəməni də təhdid edir.”
Bu epidemik xəstəliklərin yayılması və genişlənməsinin müxtəlif səbəbləri ola bilər. Bəzi ölkələr virus yaratmaqla ondan öz düşmənlərinə qarşı istifadə edirlər. Amerika və bəzi ölkələrin böyük labaratoriyaları var ki, insanlar əleyhinə öldürücü viruslar yarada bilərlər. Amerikanın qeyri-humanitar dosyesində bu növ virusdan istifadə etdiyi qeyd olunub və bundan əvvəl də bu virusdan qaradərililərə qarşı istifadə etmişdir.
İstismarçı ölkələr, o cümlədən Amerika ilk növbədə korona virusunu dünyada yaymağın məsuliyyətini qəbul etməlidirlər. Amerikalılar, sionistlər və onların dostları bəşəriyyət əleyhinə korona kimi viruslar, viranedici və qadağan olunmuş silahlardan istifadə etməkdən çəkinmirlər.”

Əbdulməlik Ərəbistan və BƏƏ-yə xəbərdarlıq edərək deyib: “Koronavirusu Yəmənə yaymaq üçün Amerikanın aləti olmasınlar. Əks təqdirdə bu məsələ onların dəhşətli axmaqlığını üzə çıxaracaq və onlara çox ağır zərbə vuracaq.”

Yəmən Ənsarullah Hərəkatının baş katibi daha sonra deyib: “Amerika İslam ölkələrində siyasi fitnə yaradır. Hal-hazırda İslam ümmətinin düçar olduğu vəziyyət düşməni ona qarşı tamahlandırır. Düşmənlə üzləşmək üçün düzgün tərbiyə aparılmalıdır. Hal-hazırda bir sıra İslam ölkələrində çox təəccüblü durum gözə dəyir. Belə ki, bu ölkələr heç bir məsuliyyət hiss etmirlər.”

Əbdülməlik Bədrəddin bəzi İslam ölkələrinin Amerika və sionist rejim qarşısında sükut etmələrini tənqid edərək deyib ki, bu arada bəzi ölkələr sükutdan əlavə, tabeçilik yolunu tutaraq düşmənin İslam əleyhinə senarilərini icra edirlər.
Yəmən xalq inqilabının lideri İslam ümmətindən istəyib ki, dünya imperializmi, Amerika və sionist rejimin planları ilə mübarizə aparmaq üçün təkcə bəyanat verməklə kifayətlənməsinlər, bundan əlavə İslam ümmətini hazırkı mövcud vəziyyətdən çıxara biləcək addımlar atsınlar.
Seyid Əbdülməlik çıxışının digər hissəsində deyib: “Quran müsəlmanları müqavimətə dəvət edir. İslam düşmənləri qarşısında Quran variantını seçənlər qalib gələcək. Amma düşmənlə dostluq variantını seçənlər məğlubiyyət və ziyandan başqa bir şey görməyəcək, bu variantı dəstəklərən və tərvic edənləri çox pis aqibət gözləyir.”

Ənsarullah lideri əlavə edib: “İraq və Suriyanın vəziyyəti, Livan Hizbullahına qarşı şiddətli düşmənçilik, Fələstin xalqına qarşı məkirli planlar, Fələstinin müqavimət hərəkatlarına qarşı mənfi mövqelərin seçilməsi Amerikanın regionda düşmənçilik siyasətlərinin təcəllisidir.”
Seyid Əbdulməlik deyib: “Ərəbistan rejimi bugünləri Həmas rəhbərlərini və ona yaxın şəxsiyyətləri həbs və mühakimə edir. Onların günahı Qüdsü və Fələstini azad etmək, İsraillə qarşı düşmənçilikdir. Qüdsün və islami müqəddəslərin azad olunması bugün Ərəbistan rejiminin baxışında pisdir və cinayət sayılır. Ərəbistan rejiminə görə, Fələstini azad etmək və İsraillə düşmənçilik bağışlanılmaz cinayətdir.”


126 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP