Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2020

İtaliyada koronavirusa yoluxanların təqribən 10%-i tibb işçiləridir

İtaliyada koronavirusa yoluxan tibb işçilərinin sayı təxminən 6,5 minə çatıb.

“TASS” xəbər verir ki, Ali Səhiyyə İnstitutunun məlumatına görə, bu, ölkədə ümumilikdə virusa yoluxanların 9%-ini təşkil edir.

Həkimlər və tibbi heyət arasında ölüm halları da artaraq 51 nəfərə çatıb. Epidemiyanın ilk günlərində əksər həkimlər xəstəxanalarda qoruyucu vasitələr olmadan çalışıblar.

Ölənlərin arasında sahə terapevtləri də var, onların əksəriyyəti təqaüdə çıxanlar olub, ancaq yenə də öz həmkarlarına köməklik göstəriblər.

Ali Səhiyyə İnstitutunun məlumatına görə, virusa yoluxan tibb işçilərinin orta yaş həddi 49-dur və onların 35%-i kişilərdir.


218 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.20, 09:07
Rusiya və Çin...
19.05.20, 09:58
Türkiyə ordusu itki verdi
Go to TOP