Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2020

İordaniya kralı sionist rejimi təhdid etdi

İordaniya kralı təhdid edib ki, sionist rejimi İordan çayının qərb sahillərini işğal etsə, İordaniya ilə ağır toqquşmaya bais olacaq.

İordaniya krali ikinci Abdullah “Der Spiegel”-ə verdiyi müsahibədə, iki dövlətli həll yolunu Fələstin böhranının ən yaxşı çıxış yolu bilərək vurğulayıb: “Dünyanın başı koronavirusa qatışdığı və hamının bu virusla mübarizə aparmalı olduğu indiki vaxtda bir dövləti ləğv etmək üçün uyğun zamandırmı?
Bir dövlətlilik həll yolunu təklif edən siyasi rəhbərlər onun nəticəsini bilmirlər. Fələstin Muxtar Hökuməti ləğv edilərsə, hansı hadisənin baş verəcəyini bilmirlər. Belə olarsa, sözsüz ki, regionda hərc-mərclik və ifratçılığın şahidi olacağıq.”

İordaniya kralı deyib: “İsrail əməli şəkildə İordan çayının qərb sahillərini (işğal edilmiş ərazilərə) ilhaq etsə, İordaniya Haşimilər Krallığı ilə ağır toquşmanın baş verməsinə bais olacaq.” 

İkinci Abdullah əlavə edib: “Təhdid etmək, yaxud atmosferi ixtilaf və ya qarşıdurma səmtinə yönəltmək istəmirik, lakin bütün variantları gözdən keçirməliyik. Biz Yaxın Şərqdə zor hakimiyyətinin əleyhinə olmaqda bir çox dünya ölkələri ilə yekdil fikirdəyik.”


113 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.06.20, 08:34
İyunda hava necə olacaq?
25.05.20, 09:07
Rusiya və Çin...
Go to TOP