Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2020

Türkiyə ABŞ-ın İrana qarşı sanksiyaları qarşısında dayanacaq

Türkiyə xarici işlər naziri Amerikanın İrana qarşı birtərəfli sanksiyaları qarşısında dayanmağa, bu istiqamətdə Ankaranın Tehranla əməkdaşlığının davam edəcəyinə təkid edib və Rəcəb Təyyib Ərdoğanın Tehrana səfər edəcəyini xəbər verib.
Mövlud Çavuşoğlu bazar ertəsi iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşündən sonra öz Tvitter səhifəsində yazıb:
“Qardaşım Məhəmməd Cavad Zərif, İranın xarici işlər naziri (korona dövründə) vəziyyətin adiləşməsi günlərdə mənim ilk qonağım oldu. Biz diplomatik məsələlərdə və konsulluq işləri sahəsində Anlaşma Memorandumu imzaladıq. Razılaşdıq ki, İran əleyhinə birtərəfli sanksilayar qarşısında dayanaq. Korona pandemiyası bizə sübut etdi ki, bugün hər zamandan daha artıq əməkdaşlıq və həmrəyliyə ehtiyacımız vardır.”
Türkiyə xarici işlər naziri İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə İstanbulda keçirdiyi birgə mətbuat konfransında bildirib: “Prezident Rəcəb Təyyib Ərdoğan koronavirus böhranından sonra Tehrana səfər edəcək.”
M. Çavuşoğlu vurğulayıb: “Korona göstərdi ki, biz daha artıq əməkdaşlıq etməliyik və Ankara korona və digər məsələlərdə İranla əməkdaşlığı artırmağa hazırdır.”
Çavuşoğlu İran və Türkiyə arasında uçuşların avqust ayından bərpa ediləcəyini də xəbər verib.
İran xarici işlər naziri mətbuat konfransında deyib: “Birtərəfli sanksiyalar qarşısında dayandıqları üçün türkiyəli bacı-qardaşlarımızdan məmnunuq.”


144 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP