Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2020

Yəmən ordusu Ərəbistanda dron əməliyyatı həyata keçirdi

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Sərii KİV-ə verdiyi açıqlamasında deyib: “Dünən gecə 5 ədəd “K-2” tipli dron vasitəsilə Ərəbistanın Əsir əyalətinin Xəmis Muşayt bölgəsində düşmənin qırıcılar, silah anbarları və digər həssas hərbi mövqeləri yerləşən yuvasına qarşı hücum əməliyyatı həyata keçirildi.”
“Əl-Məsirə”-nin verdiyi xəbərə görə, general əlavə edib: “Bu əməliyyat uğurlu oldu və Ərəbistan koalisiyasının son günlərdəki geniş hücumlarına və ardıcıl qətliamlarına cavab olaraq həyata keçdi.”
Yəhya Sərii xəbərdarlıq edib ki, Yəmən əleyhinə təcavüz, mühasirə və cinayət davam edəcəyi surətdə Yəmən ordusunun əməliyyatları da davam edəcək.
Təcavüzkar Ərəbistan koalisiyası təkcə dünən Sədə əyalətində 16 dinc sakini qətlə yetirdi.


134 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP