Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2020

Çin və Hindistan sərhədçiləri atışdı: 63 əsgər öldü

Hindistan-Çin sərhədində yenidən silahlı münaqişə yaşanıb.

Ladax bölgəsindəki Qalvan vadisində baş verən silahlı atışmada 3 hind əsgəri ölüb.

Rəsmi Pekin qarşı tərəfin sərhədi pozduğunu bildirərək, əsgərlərə hücum etdiyini iddia edib:

“Çinli əsgərlərə hücum etmək və provokasiya yaratmaq ciddi münqişəyə səbəb olur”.

***

Baş verən atışma zamanı ölən hind əsgərlərinin sayı 20-yə çatıb.

Bu barədə ANİ agentliyi məlumat yayıb.

Bildirilib ki, ötən gecə baş verən atışma iki ölkə arasında son 45 ilin ən şiddətli qarşıdurması sayıla bilər.

Agentlik Çin tərəfindən isə 43 əsgərin öldüyünü bildirir.

Rəsmi Pekin isə hələ ki, itkilərin olub-olmaması ilə bağlı məlumat vermir.


130 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP