Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2020

Sadiqun Fraksiyası: Amerika İŞİD-in genişlənməsinə tamaşaçı olduğu vaxt İran İraqa kömək etdi

İraq Parlamentində “Sadiqun” fraksiyasının təmsilçisi Həsən Salim İŞİD terror qrupu ilə müharizə dövründə İranın İraqa yardımlarından danışaraq İrana minnətdarlıq edib.
Həsən Salim “Əl-Əhd” İnformasiya Agentliyinə verdiyi müsahibəsində deyib: “Amerika heç bir reaksiya vermədən 3 ay İŞİD-in İraqda genişlənməsinə tamaşaçı kimi qaldı... Lakin İslam Respublikası İŞİD qarşısında İraqa maddi və silah dəstəyini öhdəsinə aldı. İslam Respublikası İŞİD qarşısında bizə həm yardım etdi, həm də bu ölkənin İraqda heç bir əsgəri yoxdur.”
Parlament təmsilçisinin fikrincə, hal-hazırda Amerika ilə imzalanacaq müqavilə ABŞ-ın İraqda qalmasına xidmət edir.
Salim vurğulayıb: “Amerika terrorizm və İŞİD-dən İraqda qalmaq üçün bəhanə kimi istifadə edir.”


154 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP