Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2020

Sionist rejimi mediaları Hizbullahın hədəf vuran raketləri ilə bağlı xəbərdarlıq etdi

Sionist rejimi KİV-ləri bu gün (çərşənbə) Hizbullah Hərəkatının hədəfi dəqiq vuran raketləri ilə bağlı xəbərdarlıq ediblər.
“Əl-Məyadin” telekanalının xəbər saytının verdiyi məlumata görə, sionist KİV-ləri bu barədə deyiblər: “Hizbullah hədəfi vuran raketlər layihəsini başa çatdırsa, təyyarələr olmadan da hava qüvvələrinə sahib olacaq. Ona görə də “İsrail” düşmənin onu məğlub edə bilməməsinə və onun raketlərini məhv etməyə təlaş göstərməlidir.”
Bundan əvvəl də sionist rejiminin yüksək çinli sabiq komandirlərindən olan Tsovika Haimuviç bir məqalə ilə çıxış edərək demişdi: “Hizbullah “İsrail” əleyhinə hədəfi dəqiq vuran çoxlu sayda raketlərə sahibdir. Biz qabaqkından fərqli olan təhdidlərə hazır olmalıyıq.”


150 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP