Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2020

Yəmən: BMT milyonlala yəmənli uşağın qətliamına kor qalıb

Yəmən rəsmiləri BMT-nin Səudiyyə Ərəbistanını uşaqların hüquqlarını pozan ölkələr siyahısından çıxarmasını pisləyiblər.
Yəmən Milli Qurtuluş Hökumətinin mətbuat katibi Zeyfullah əş-Şami deyib: “BMT-nin Ərəbistan koalisiyasını Yəməndə uşaqların hüquqlarını pozanlar siyahısından çıxarması bu təşkilatı etibardan salır.”
“Əl-Məsirə”-nin verdiyi xəbərə görə, mətbuat katibi əlavə edib: “BMT-nin bu addımı Ərəbistan koalisiyası üçün yəmənli uşaqlar əleyhinə yaşıl işıq yandırmaqdır və BMT bu hərəkəti ilə Ərəbistanın yəmənli uşaqlara qarşı cinayətlərinə şərik olur.”
Yəmən Səhiyyə Nazirliyi də BMT-nin Ərəbistan koalisiyasını yəmənli uşaqların hüquqlarını pozanlar siyahısından çıxarmasına bərk etiraz edərək bildirib: “BMT-nin zəifliyi üzündən bu təşkilat Yəmən uşaqlarının tikə-tikə olmasını görə bilmir. Halbuki, Ərəbistan Yəmən əleyhinə müharibəyə başladığı vaxtdan bəri 7732 uşaq bu koalisiyanın bombaları ilə şəhid olmuş və yaralanmışdır.
Yəmənin mühasirəyə alınması 2,5 milyondan çox yəmənli uşağı qida çatışmamazlığına məruz qoyub və onlardan 500 min nəfəri çox şiddətli qida çatışmamazlığı ilə üzləşib.”
Səhiyyə Nazirliyi vurğulayıb: “BMT-nin korluğu və karlığı onu özünün illik bəyanatında uşaqların qətliamı barədəki qara siyahını, Ərəbistan və onun koalisiyasının Yəməndə uşaqları qətliam etməsi haqqındakı statistikalara laqeyd qalmasına, hətta həya və insanlıqdan uzaq düşməsinə səbəb olmuşdur.”


146 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP