Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyun 2020

Özümü demokrat göstərsəm, ölkəni itirərəm

Mövcud situasiyada demokratik, yaxud zorakı həll seçimlərinin olmasına qarşıyam.

Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O bildirib ki, özünü demokratik göstərsə, ölkəni itirmək təhlükəsi ilə üzləşə bilər:

“Məni seçim qarşısında qoymaq lazım deyil. Əgər özümü demokratik göstərsəm, o zaman ölkəni itirə bilərəm. Belə olan halda, il ərzində lənətlənəcəm. Heç kim məni və bizi Belarusun məhvinə görə bağışlamayacaq. Digər variant: məni sadəcə hər hansı zorakı qərarlar qəbul etməyə sövq edirlər”.

Lukaşenko vurğulayıb ki, onun üçün Belarusun suverenliyindən və müstəqilliyindən böyük dəyər yoxdur:

“Bütün həyatımı bu müstəqil dövlətin qurulmasına həsr etmişəm. Heç kimə icazə vermərəm onu sındırsın”.

Qeyd edək ki, Lukaşenko bundan öncəki açıqlamasında müəyyən qüvvələrin ölkədəki vəziyyəti çalxaladığını bildirmişdi.


148 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP