Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2020

Yunanıstandan Türkiyəyə sərt xəbərdarlıq

Türkiyə ilə müharibə bir cəbhəyə məhdudlaşmayacaq.

Bu sözləri Yunanıstan Müştərək Ordu Qərargahının komandanı Konstantinos Floros deyib.
K. Floros mediaya verdiyi açıqlamasında bildirib ki, Türkiyə ilə müharibə (baş verərsə) bu Egey dənizinin cənubunda Kastellorizo adası ilə məhdudlaşmayacaq və digər cəbhələrə də genişlənəcək.
Böhran təkcə hansısa xas bir məntəqəyə aid deyil və bu yalnız bir adada qala bilməz, digər yerlərdə də cəbhələr açılacaq.

Ordu komandanı hal-hazırda Yunanıstanın hərbi təlimlər keçirdiyini vurğulayıb.
K. Floros deyib: “Mümkündür ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan dediyini etsin, ancaq biz də dediyimizi edirik.

Yunanıstan silahlı qüvvələri təşkilatlanmış dəniz və hava qüvvələrindən ibarətdir. Onlarla qarşılaşmaq çox çətindir və ağır bahası vardır. Bunu qonşularımız da bilir.”


128 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP