Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2020

Çavuşoğlu PKK-nın öldürdüyü əsgərdən yazdı

Türkiyə xarici işlər naziri bu gün (çərşənbə) İran sərhədi yaxınlığında hərbçilərə qarşı baş vermiş hadisəyə münasibət bildirib.
Mövlud Çavuşoğlu öz Tvitter səhifəsində yazıb: “Şəhid olan Türkiyə hərbçisinə görə məsuliyyət PKK-nın üzərinədir. O, Yüksekovada PKK terror təşkilatının namərdcəsinə hücumunda şəhid olmuşdur.”
Xarici işlər naziri PKK-nın öldürdüyü əsgəri Türkiyənin milli qəhrəmanı adlandırmış və Allahdan ona rəhmət diləmişdir.
Bu gün səhər saatlarında Türkiyə Müdafiə Nazirliyi bəyanat yayaraq bildirib ki, İran sərhədinin 28 km-də yerləşən Yüksekova şəhərində 1 əsgər ölüb və 2 əsgər yaralanıb.


129 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP