Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2020

Ruhani Trampın təklifi havada qoydu

“Nüvə razılaşmasından çıxdığına görə üzr istəsə və dəyən ziyana görə kompensasiya ödəsə, Tramp administrasiyası ilə müzakirələrə başlaya bilərik”.

Bunu İran Prezidenti Həsən Ruhani deyib. Ruhani ABŞ Prezidenti Donald Trampın iranlı rəsmiləri danışıqlara çağırmasına cavab olaraq qeyd edib ki, ölkəsi heç vaxt heç nə üçün gecikmir və hər zaman danışıqlara hazırdır: “ABŞ BMT-nin prinsiplərinə əməl etməyə və nüvə razılaşmasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə başlasa, habelə Konqres və Ağ Ev tutduqları mövqedən geri çəkilib 5+1 formatına qayıtmağa qərar versə, biz müzakirə aparmağa hazırıq”, - Ruhani bildirib.

Ruhani Avropa ölkələrinin nüvə razılaşmasına əməl etmədiklərinə görə peşman olduğunu, telefon zənglərində iranlı rəsmilərdən üzr istədiklərini iddia edib.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp iranlı rəsmiləri ölkəsində keçiriləcək prezident seçkilərinin nəticələrini gözləmədən müzakirələrə başlamağa çağırmışdı.


104 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP