Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2020

Maduro istefası ilə bağlı referendum keçirməyə hazırdır

Venesuela prezidenti Nikolas Maduro bildirib ki, 2022-ci ildə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı irəli sürülən ideyanın tərəfdarları kifayət qədər imza toplayacağı təqdirdə referendum keçirməyə hazırdır.

RİA Novosti xəbər verir ki, onun çıxışı dövlət televiziyasında yayımlanıb.

“10 yanvar 2022-ci ildə prezident Maduronun səlahiyyətlərinin dayandırılması ilə bağlı referendum üçün imzalar toplamağa başlamaq mümkün olacaq. Arzu edənlər imza toplamaq üçün küçələrə çıxa bilərlər”-deyə, Maduro bildirib.

Qeyd edək ki, Venesuela prezidenti Nikolas Maduronun səlahiyyət müddəti 10 yanvar 2025-ci ildə bitir.


111 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP