Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2020

Ermənistandan Kəlbəcərin mərkəzinə birbaşa yol çəkilir

Ermənilər işğalda saxladıqları Kəlbəcər rayonuna Ermənistandan yol çəkilişinə başlayıblar.

18 kilometr uzunluğunda yol Vardenis-Ağdərə yolu ilə Kəlbəcərin rayon mərkəzini birləşdirəcək.

Ermənistanın Qeqarkunik vilayətindən Zod aşırımından keçməklə Kəlbəcərə çəkilən yolun asfaltlaşdırılmasına və yol kənarında səkilərin quraşdırılmasına Paşinyan hökumətinin 5 milyon dollar ayırdığı xəbər verilir.

Yeni yol Ermənistandan işğal altındakı Kəlbəcər rayonuna süni məskunlaşdırma siyasətini stimullaşdırmağa və yolun ətrafında yerləşən kəndlərin sosial-iqtisadi inkişafına dəstək məqsədi daşıyır. Yeni yol hərbi əhəmiyyətə də malik olacaq.


110 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP