Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2020

Putin: Bunun sayəsində Rusiya dünya gücüdür!

Rusiya görkəmli insanların sayəsində dünya gücü olduğunu iddia edə bilər və haqlı olaraq da iddia edir.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Bu gün Kremldə olanlar sözsüz ki, müxtəlif alayların nümayəndələridir. Məhz onların sayəsində Rusiya dünya gücü adlandırılmağı haqq edir”, - Kreml rəhbəri Rusiyanın elm və texnika, mədəniyyət və ədəbiyyat, humanitar və insan hüquqları sahəsində fərqlənənlərə dövlət mükafatının verilməsi mərasimində çıxış edərkən bildirib.

Putin çıxışında ədiblərdən birinin mənəvi-əxlaqi əsaslarla bağlı fikirlərindən sitat gətirib:

“Qarşılıqlı dəstək, qarşılıqlı yardım və ümumi tapşırığın həllində səylərin birləşdirilməsi... Deməliyəm ki, Rusiya məhz bu mənəvi-əxlaqi təməl üzərində dayanıb, dayanır və düşünürəm ki, dayanacaq. Həmişə. Məhz güclərin birləşdirilməsi sayəsində üstün qələbələr və bütün sahələrdə möhtəşəm praktiki nəticələr əldə etdik”.


148 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP