Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2020

Ərəb Parlamenti İran və Türkiyə əleyhinə “vahid ərəb strategiyası”nı təsdiq edib

“Əl-Məyadin” telekanalının verdiyi xəbərə görə, Ərəb Parlamenti video-konfrans formasında keçirdiyi son iclasında İran və Türkiyə əleyhinə “vahid ərəb strategiyası” siyasətinə müsbət rəy verib.

Bu xəbərə əsasən, Ərəb Parlamentinin qəbul etdiyi bəyanatda İranla bağlı iddia olunur: “Sözügedən vahid strategiya İranın ərəb ölkələrinin daxili işlərinə müdaxiləsinin qarşısını almaq üçün qəbul edilmişdir.”
Ərəb Parlamenti İranın məntəqədə gərginlik yaratdığını iddia edib.
Halbuki, bu parlament öz üzvləri olan ölkələrin, o cümlədən Ərəbistan və BƏƏ-nin məntəqəni alovlandırdığını görməməzliyə vurub.

Parlament İran qarşısında Ərəbistanı da müdafiə edərək bildirib ki, Tehran Ərəbistanın milli təhlükəsizliyi üçün problem yaratmamalıdır.

Ərəb Parlamenti Türkiyə qarşısında vahid ərəb strategiyasını belə açıqlayıb: “Türkiyə yaxşı qonşuluq prinsipinə sadiq qalmalıdır və ərəb ölkələrinin daxili işlərində müdaxiləyə son qoymalıdır.
Türkiyənin ərəb ölkələrinin sərvətinə tamah salması pislənilir. Türkiyənin Suriya, Liviya və digər ərəb ölkələrindəki müdaxilələri qəbuledilməzdir. İraqda da Türkiyə müdaxiləsinə son qoymalıdır. Biz BMT-dən istəyəcəyik ki, Türkiyə qüvvələrinin Suriya, Liviya və İraqdan çıxarılması üçün zəminə yaratsın.”


91 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP