Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2020

İraqda Amerika dronu süqut etdi

İraq KİV-lərinin verdiyi xəbərə görə, Amerikaya məxsus dron Səlahəddin əyalətində süqut edib.
İraqın “Əl-Fəllucə” telekanalı da Səlahəddindəki mənbələrə istinadla bildirib ki, ərazidə heyvandarlıqla məşğul olanlar Beyci məntəqəsində süqut etmiş dronu tapıblar. Onun süqutunun səbəbi hələ ki, məlum deyildir və Amerikanın başçılıq etdiyi koalisiya da hadisə barədə açıqlama verməyib.
Telekanal vurğulayıb ki, Amerika terrorçu qüvvələri ayrı bir dron göndərərək əraziyə toplaşanları oradan qovmuş və süqut etmiş dronu məhv etmişdir.
Qeyd edək ki, Amerika terrorçuları ötən illərdə bu dron vasitəsilə İŞİD-ə qarşı döyüşən müqavimət qüvvələrinə, o cümldən Həşd-Şəbiyə qarşı terror əməliyyatları həyata keçiriblər.


235 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP