Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyul 2020

Kəlbəcərin Qozlu kəndində küçələr asfaltlanmağa başlandı... - FOTOLAR

Azərbaycan Respublikasının işğal altındakı Kəlbəcər rayonunun “Vaquas” adlandırılmış Qozlu kəndinin daxili yolları asfaltlanmağa başlayıb.


Moderator xəbər verir ki,  kəndin küçələri sosial şəbəkələrin erməni seqmentində verilən məlumata görə,  separatçı-terrorçu rejimin Şuşada and içmiş yeni rəhbəri  Araik Arutyunyanın göstərişi ilə abadlaşdırılmağa başlanıb.

1992-ci ilin yayındakı Milli Ordumuzun uğurlu hücum əməliyyatları zamanı digər neçə-neçə yaşayış məntəqəmiz kimi onlarla oğul-qızımızın şəhid olması, yaralanması, əlil olması sayəsində azad edilmiş, lakin sonradan Bakıda hakimiyyətə gəlmək istəyən qüvvələrin siyasi oyunları sayəsində yenidən düşmən tərəfindən ələ keçirilmiş bu Azərbaycan kəndində  sülənən ermənilər  içməli su problemi də yaşayırlar.

P.S. Belə getsə, ermənilər o torpaqlarımızdakı su problemlərini də həll edəcəklər.  O dağlara, o havaya,  o suya həsrət qalan isə biz olacağıq...




217 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP