Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2020

8 iyulda gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə 8 iyulda Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 35-39, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

8 iyulda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 35-39, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz
İyulun 8-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, arabir durğun hava şəraiti və gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.


193 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
Go to TOP