Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2020

Pekin, İslamabad və Kabul Amerika qüvvələrinin Əfqanıstandan çıxmasını tələb etdilər

Çin, Əfqanıstan və Pakistan xarici işlər naziri müavinlərinin üçtərəfli strateji görüşündə hər üç ölkə bəyanat yayaraq bildirib ki, hər üç tərəf qorxu yaradılmasına qarşı mübarizə, təhlükəsizlik əməkdaşlığı, Şərqi Türküstün İslam Hərəkatı ilə mübarizə və müştərək təhlükəsizliyi təhdid edən digər qorxu yaradan qruplarla mübarizəni gücləndirmək barədə razılığa gəlmişdir.
Görüşdə koronavirsla mübarizədə daha artıq əməkdaşlıq edilməsi, ayrıseçkiliyə yol verməmək, Ümumdünya Səhiyyə Təşkilatının rolu və bu təşkilatla əməkdaşlıq məsələləri də vurğulanıb.
Bəyanatda Əfqanıstanın daxilində sülh prosesi dəstəklənib, Əfqanıstan və Pakistsan arasında münasibətlərin qurulmasında Çinin konstruktiv roluna təkid edilib.
Hər üç tərəf xarici qüvvələrin nizamlı və Əfqanıstanın şərtinə uyğun şəkildə bu ölkədən çıxmasını tələb edib.


195 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
Go to TOP