Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2020

Məarib azadlıq astanasında - Ərəbistan öz qüvvələrini geri çəkdi

Yəmən mənbələri Ərəbistan təcavüzkar koalisiyasının öz hərbi təchizatını Məarib şəhərindən çıxardığını xəbər verib.

Yəməndə istefa verərək ölkədən qaçmış hökumətə bağlı xəbər mənbələrinin verdiyi məlumata görə, Ərəbistan koalisiyası bu nəticəyə çatmışdır ki, Yəmənin mərkəzində yerləşən Məarib şəhəri də Nehim və Cəvf şəhərləri kimi Yəmən ordusu və Ənsarullah qüvvələrinin nəzarətinə keçəcək.
“Xəbər əl-Yəməni” informasiya agentliyinin yazdığına görə, Yəmən ordusu və xalq komitələri hal-hazırda üç istiqamətdən Məarib şəhərini mühasirəyə alıb. Eyni zamanda Məraib əyalətinin qəbilələri də “İslah Partiyası”na bağlı ünsürlərin Möhsin Səbiiyan və onun ailəsini faciəli şəkildə qətlə yetirdiklərinə görə, onlara qarşı qəzəblənmişdir. Şeyx Səbiiyan Məraib əyalətinin böyüklərindən sayılırdı və 29 iyunda faciəli şəkildə öldürüldü.

“İslah” ixvançı partiya istefa vermiş hökumətə bağlı qüvvələrin ən mühüm hissəsini təşkil edir və partiyanın mərkəzi Məarib şəhəri hesab olunur. Ona görə də bu şəhərin azad olunması ilə Ərəbistan koalisiyasına son illərin ən həlakedici cəbhə zərbəsi vurulacaq.

İstefa vermiş hökumətə bağlı iki hərbi mənbənin verdiyi xəbərə əsasən, Ərəbistan koalisiyası artıq ağır silahlarını Məaribdən çıxararaq Vədiə məntəqəsi səmtinə aparıb və bu şəhərdə yalnız simvolik şəkildə iştirak edir. Artıq Məarib şəhəri Ərəbistan qüvvələri üçün təhlükəsiz bir yer deyil.
Təcavüzkar Ərəbistan koalisiyası Məarib şəhərindəki qüvvələrinin komandanı Əbdül-Həmid Məzinini vəzifəsindən uzaqlaşdırmış və məntəqədəki qəbilələrin dəstəyini qazanmaq üçün onlarla müzakirələr aparır. Lakin bu qəbilələr Şeyx Səbiiyan və onun ailəsinin faciəli şəkildə qətlinə görə, Ərəbistan koalisiyası əleyhinə mövqe tutublar.

Yəmən ordusu və xalq komitələri qüvvələri 9 iyunda Mərabin qərbində Medğəl məntəqəsini düşməndən geri alaraq Məaribin 7 km-də yerləşmişdir və hal-hazırda Məarib üç istiqamətdən mühasirədədir.


251 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP