Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyul 2020

Avropa Birliyi Türkiyəyə qarşı sanksiya tətbiq etmək istəyir

Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozap Borrell bu gün (bazar ertəsi) Türkiyəni Avropanın dəyər və maraqlarına hörmətlə yanaşmağa çağırıb.
C. Borrell mətbuat konfransında deyib: “Türkiyə və Avropa münasibətləri Ankaranın Yaxın Şərqdə və Liviyada hərəkətlərinə görə gərginləşib. Ankara Liviyaya silah sanksiyasına və Liviya konfransına uyğun olan öhdəliklərinə hörmətlə yanaşmalıdır. Türkiyənin Liviyadakı hərəkətləri dayanmalıdır. Çünki bu addımlar Avropanın maraqlarına ziddir.”
AB xarici siyasət rəhbəri Ankaranı Liviyada siyasi həll yolları yaradılmasında iştirak etməyə çağıraraq deyib: “Türkiyənin Aralıq dənizində hərəkətlərini dayandırmaq məqsədilə bu ölkə əleyhinə sanksiya tətbiq edilməsi planları ortaya gəlmişdir və qərara almışıq ki, Türkiyənin siyasətlərinə reaksiya verək.”
C. Borrell xəbərdarlıq edib ki, Türkiyənin Aralıq dənizində fəaliyyətləri bir neçə ölkənin suverenliyini pozmaq sayılır.


207 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP