Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2020

Pakistan Parlamenti İslam peyğəmbərinin (s) adının ardında “Peyğəmbərlərin sonuncusu” ləqəbinin qeyd olunması barədə qanun qəbul etdi

Pakistanın Milli Məclisində Muhəmməd (s) peyğəmbərin adının ardında “Peyğəmbərlərin sonuncusu” ləqəbinin qeyd olunmasının lüzumu barədə layihə qəbul edilib. Bu layihənin qəbul edilməsində məqsəd Qadyani (Əhmədiyyə) firqəsi tərəfindən müsəlmanlar arasında təfriqə salınması və fəsad yayılmasının qarşısını almaqdır.
Parlemantin bütün üzvləri bu layihəyə müsbət səs verərək onu qəbul ediblər. Bunun ardınca Pakistanın bütün şiə və əhli-sünnə alimləri, tanınmış şəxsiyyətləri layihənin qəbul edilməsinə görə öz minnətdarlıqlarını bildiriblər.
Lahurda Minhacul-Huseyn İdarəsinin rəhbəri Əllamə Məhəmməd Hüseyn Əkbər bu layihənin qəbul edilməsinə görə, Parlamentə minnətdarlıq bildirərək deyib: “Mən Parlamentin bütün üzvlərinə bu layihəni qəbul etdikləri üçün təşəkkür edirəm.”


158 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP