Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2020

Amiri: Türkiyə öz qüvvələrini dərhal İraqdan geri çəksin

“Eynul-İraq” xəbər agentliyinin verdiyi məlumata görə, İraqın “Fəth” koalisiyasının sədri Hadi əl-Amiri bu gün (bazar ertəsi) bəyanat yayaraq Türkiyənin İraqa hücumuna reaksiya göstərib.

Bəyanatda deyilir: “Biz Türkiyənin İraqın şimalına hücumuna görə çox narahatıq. Bu hücum hər hansı bəhanə ilə olursa olsun, qəbuledilməzdir, heç bir beynəlxlaq və hüquqi əsası yoxdur. Bu hücum Türkiyə qüvvələrinin daxil olduğu ərazi dərinliyi və müddət baxımından qabaqkı hücumdan fərqlidir, belə ki, İraq torpaqlarının 25 km-nə daxil olmuş və öz hüzurunu genişləndirmişdir. Bu da təhlükəli bir şərait yarandığını, Türkiyənin öz siyasətlərini qəbul etdirmək və Suriyanın şimalında olduğu kimi özünə təhlükəsizlik buferi yaratmaq ardınca olduğunu göstərir.”

Amiri vurğulayıb: “Biz Türkiyənin bu planı barədə xəbərdarlıq etməklə yanaşı, Ankaradan tələb edirik ki, dərhal İraq ərazisindən geri çəkilsin və bu düşmənçilik hərəkətini tarix, din, qardaşlıq ortaqlıqlarına malik və iqtisadi əlaqələrlə bir-birinə bağlı iki ölkənin xeyrinə hesab etmirik.”

Fəth koalisiyasının sədri deyib: “İraq dövləti bu məsələni Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatı səviyyəsində qaldırmalıdır, İraqın bütün vətənpərəst qrupları İraq hakimiyyətinin qorunması istiqamətində və təcavüz qarşısında vahid mövqe sərgiləməlidir.”


198 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
Go to TOP