Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2020

İranda 36 mindən çox məhkum azadlığa buraxıldı

İranda koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə 36 mindən çox məhkum müvəqqəti olaraq azadlığa buraxılıb.

Bu barədə İranın Məhkəmə Hakimiyyətinin mətbuat katibi Qulamhüseyn İslami məlumat verib.

O bildirib ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə İran ədliyyəsi zindanda yatanların sayını azaltmaq qərarı verib. Qərara uyğun olaraq 36 min 283 məhkum müvəqqəti olaraq evlərinə buraxılıb.

Onun sözlərinə görə, məhkumlar kütləvi şəkildə deyil, mərhələlərlə azadlığa buraxılıb və koronovirus pandemiyası başa çatdıqdan sonra, cəzalarının qalan hissəsini də çəkəcəklər.

Qeyd edək ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar İranın bu addımını təqdir ediblər.


191 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
Go to TOP