Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2020

Tramp Çikaqonu Əfqanıstana bənzətdi

Çikaqoda hazırki situasiya Əfqanıstandakı vəziyyətdən də pisdir.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

O, meqapolisdə silsilə aksiyaların və qarşıdurmaların baş verdiyini bildirib.

Ağ Ev rəhbəri əlavə edib ki, yerli qanunvericilər zəifdir, etirazçılardan qorxur və bu səbəbdən asayişin bərpası üçün federal yardımdan imtina edir:

“Necə düşünürsünüz, onlara istirahət günlərindən sonra kömək lazımdır? Orada hansı rəqəmlərin olduğunu bilirsiniz? Xeyli insan yaralanıb, öldürülüb. Mən bir-iki insandan danışmıram, 18 ölü! Hətta çox... Yay boyunca nə qədər olacaq? Birmənalı olaraq Əfqanıstandakı vəziyyətdən daha pisdir”.


193 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
Go to TOP