Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2020

Rusiya: "İlk vaksini biz hazıladıq"

Yeni növ koronavirus infeksiyasına qarşı Rusiyada ilk vaksin hazırdır.

Bu barədə Rusiya Müdafiə nazirinin birinci müavini Ruslan Salikov açıqlama ilə çıxış edib.

Onun sözlərinə görə, vaksinin kliniki sınaqlarının nəticələri üzərində nazirliyin və milli tədqiqat mərkəzinin mütəxəssisləri son dəyərləndirmə aparıblar: "Xəstəxanadan buraxılarkən immunitet qazanmış könüllülərdə heç bir problem aşkarlanmayıb və onlar özlərini normal hiss ediblər. Beləliklə, koronavirusa qarşı ilk yerli vaksinimiz hazırdır".

Qeyd edək ki, dünən Rusiya hərbi idarəsi koronavirusa qarşı vaksinin sınaqlarına cəlb edilmiş könüllülərin evə buraxıldığını bəyan etmişdi.

Bundan əvvəl Seçenov adına Univeritetin nəzdində dərman prepatlarının klinik tədqiqatı mərkəzinin rəhbəri Yelana Smolyarçuk bildirmişdi ki, vaksinin təsiri 3 həftə ərzində maksimum həddə çatır.

Könüllülərə vaksin bu il iyunun 18-də vurulmuşdu.


267 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
Go to TOP