Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2020

Rus qırıcıları Suriyanın cənubunda yerləşdi

Rusiyanın “Aviapro” qəzetinin yazdığına görə, Rusiya sionist rejiminin mümkün hava hücumunun qarşısını almaq üçün öz qırıcılarını Suriyanın cənubunda yerləşdirib.
Qəzet yazıb ki, Rusiya hava qüvvələri dünən axşam sionist rejiminin Dəməşqə ikinci hücumunu izləyib.
Qəzetin bildirdiyinə görə, Rusiya qırıcıları saat 21:47 dəqiqədə uçuş edib. Halbuki sionist rejimi qırıcıları 21:48 dəqiqədə hücuma başlayıb. Bəziləri Rusiyanın Suriya hava məkanına nəzarət etmədiyini iddia edirdi. Lakin bununla məlum oldu ki, sionist rejimi qırıcılarının hücumundan bir neçə dəqiqə əvvəl Rusiya öz hərbi qırıcılarını Hmeymim bazasından qaldıraraq cənub-şərq istiqamətində hərəkətə gətirib.
Qəzet daha sonra yazıb: “Rusiya ötən gecə öz qırıcılarını Suriyanın cənubunda yerləşdirdikdən sonra sionist rejiminin hücumunun qarşısını ala bilərdi. Hmeymim hava bazasından Dəməşqə qədər olan məsafəyə diqqət etməklə rus qırıcıları bir neçə dəqiqə ərzində bu hücumun qarşını almağa qadir olmuşdur, lakin təhlilçilərin fikrincə, Rusiya sionist rejimi qırıcılarının hücumunu davamının qarşısını almağa üstünlük verib və beləliklə, hücumu sionist rejiminin nəzarətində olan hava məkanına çəkmək istəyib.”
Kreml bu xəbərə reaksiya verməsə də, Rusiya qırıcıları sionist rejimi təyyarələrini izləməsi barədə oxşar məlumatlar mövcuddur.


194 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
Go to TOP