Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2020

Livan sərhədində 3 sionist hərbçi ölüb və yaralanıb

Sionist KİV-ləri Livan sərhədində hərbi avtomobilin qəzaya düşməsi nəticəsində bir sionist hərbçinin öldüyünü xəbər veriblər.

Bu xəbərə əsasən, hərbi avtomobilin 20 yaşlı sərnişini Livanla sərhəd məntəqəsi olan Hardavda baş verən qəza nəticəsində ölüb və digər bir aşağı rütbəli zabit isə yaralanıb.
Sionist mediaları Təl-Əvivə yaxın Yafa liman şəhərinin “İsrail ordusu radiosu” binasının parkı yaxınlığında digər bir hadisənin baş verdiyini və bir sionist zabitin yaralandığını xəbər verirlər.
Eyni halda sionist mediaları işğal edilmiş Fələstinin şimalında hərbi təlimlərin dayandırıldığını bildiriblər. Səbəb kimi isə sionistlərin Hizbullahın reaksiyasından qorxusunu göstəriblər.
İki gün bundan öncə sionist rejiminə aid qırıcıların Suriyada hərbi mövqeləri bombalaması nəticəsində Hizbullahın Suriyada terrorçulara qarşı döyüşən iki üzvü şəhid olub. Hizbullahın onların intiqamını alacağından qorxuya düşən sionist rejimi şimal sərhədlərdəki hərbi təlimləri dayandırıb.


181 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP