Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2020

Əl-Məyadin: Təl-Əviv BMT vasitəsilə Hizbullaha məktub göndərib

“Əl-Məyadin” telekanalının bu gün (şənbə) verdiyi xəbərə görə, Təl-Əviv BMT vasitəsilə Livan Hizbullah Hərəkatına məktub göndərib.

Telekanal məktubun məzmunu haqda deyib: “İsrailin məktubunun məzmunu budur ki, Təl-Əviv Əli Möhsinin hüzurundan xəbərsiz olub və onu öldürmək niyyətində olmayıb.”
Sionistlərin bazar ertəsi Dəməşq ətrafına hücumunun ardınca Hizbullah bu hərəkatın Əli Kamil Möhsin adlı üzvünün şəhid olduğunu xəbər verdi.

Əl-Məyadin əlavə edib ki, İsrailin Rusiya və digər ölkələr vasitəsilə Hizbullah Hərəkatına məktub göndərməsi barədə xəbərlər düzgün deyil. Çünki Kuveytin “Əl-Cəridə” qəzeti sionistlərin Rusiya vasitəsilə məktub göndərdiyini iddia etmişdi.

Telekanal daha sonra bildirib: “Hizbullah yalnız məktubu almaqla kifayətlənib, lakin eyni halda İsrail tərəfindən hər hansı təhdid, ya xəbərdarlığın olmasını inkar edib.”

Telekanal öz xəbərinin ardında deyib: “İsrail ordusu Hizbullahın intiqam barədə qərarının qəti olmasını bildikdən sonra şimal sərhədlərində bir sıra addımlar atıb. Hizbullah döyüşçülərinin hərəkətləri sionist rejiminin nəzarətində olsa da, bu rejim ordusu Hizbullahın intiqam addımının necə olacağını bilmədiyi üçün çaşqın vəziyyətə düşmüşdür.”


172 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP