Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2020

Türkiyəyə aid terrorçular Hələb camaatının əmlakını qarət edir

Suriyanın “SANA” rəsmi xəbər agentliyinin yerli mənbələrə əsasən verdiyi məlumata görə, Türkiyə rejiminin dəstəyində olan terrorçular Hələbin şimalında yerləşən Afrində əhalinin əmlakını qarət edirlər.
İşğalçı Türkiyə rejiminə bağlı Firqətul-həməzat terrorçu qrupu ötən saatlarda Afrinin kəndlərində əhalinin evlərinə soxularaq onların ev əşyalarını və əmlaklarını zorla əllərindən alaraq aparıblar.
Yerli mənbələrin bildirdiyinə görə, Afrin əhalisi Türkiyə rejiminə aid terrorçu qrupların zülmündən yorulublar.
Terrorçular hətta əhalini öz evlərindən zorla çıxararaq özləri və ailələrini həmin evlərdə yerləşdirirlər.
Bundan əvvəl də Türkiyəyə aid terrorçuların öz işğalı altında olan məntəqələrdə əhalinin əmlakını əllərindən alması və həmin qarət edilmiş əmlakı bölüşmək üstündə bir-birləri ilə döyüşə girmələri barədə xəbər verilmişdi.


199 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
Go to TOP