Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyul 2020

Təl-Əviv: Hizbullah mütləq intiqam alacaq

“Əl-Əhd” xəbər agentliyinin verdiyi məlumata görə, sionist rejimi medialarından biri bildirib ki, sionistlərin gəldiyi nəticəyə görə, bu rejim hərbçilərinin işğal edilmiş Fələstinin Livan və Suriya ilə sərhədlərində “hazır ol” vəziyyəti uzunmüddətli olacaq.

“Maariv” qəzeti yazıb ki, “İsrail” ordu qərargahı məntəqədə gərginliyin artmasına diqqət etməklə, Suriya və Livan sərhədində “hazır ol” vəziyyətinin uzunmüddətli olacağı nəticəsinə gəlib.
Qəzet sionist rejiminin casusluq hərəkətlərinin artdığına da toxunub.
Sionistlər silahlı qüvvələrin baş qərargah rəisi Aviv Kuxavinin işğal edilmiş Fələstinin şimal sərhədlərinə baxış keçirməsindən sonra belə nəticəyə gəliblər.

“Maariv” bildirib ki, sionist rejimi ordusu Hizbullahın onlara qarşı tank əleyhinə raketlər, yaxud Hizbullah snayperçiləri vasitəsilə reaksiya verəcəyini güman edir.
Qəzet əlavə edib: “İsrail Hizbullahın intiqam hərəkəti barədə çoxlu senariləri təxmin edir. Təhlükəsizlik mərkəzlərinin fikrincə, Hizbullahın rekasiyası mütləq baş tutacaq, lakin onun nə vaxt həyata keçəcəyi məlum deyil. İsrail təhlükəsizlik mənbələri Hizbullahın hərbi obyektləri hədəfə alacağını da istisna etmirlər.”

Qeyd edək ki, dünən “Əl-Məyadin” telekanalı da bir sıra mənbələrə istinad edərək sionist rejimi ordusunun Hizbullahın mütləq öz şəhidinin qisasını alacağı barədə qərarından xəbərdar olduğunu və buna görə də işğal edilmiş Fələstinin şimal sərhədlərində bir sıra hərbi addımlar atdığını bildirdi.
Telekanal habelə vurğulayıb ki, sionist rejimi ordusu Hizbullah qüvvələrinin bütün hərəkətlərini izləyir, lakin reaksiyanın nədən ibarət olduğunu bilmir və bu üzdən təşviş içindədir.
Bir neçə gün bundan əvvəl sionist rejimi qırıcıları Suriyada terrorçularla mübarizə aparan müqavimət qüvvələrinin mövqelərinə hücumu etdi. Bu hücumun ardınca Hizbullah Əli Kamil Möhsin adlı bir üzvünün şəhid olduğunu xəbər verdi.

Sionist KİV-ləri bildirdilər ki, Hizbullahın öz qüvvəsinin şəhid olmasını medialaşdırmasının mənası odur ki, buna cavab veriləcək.
Ötən il sionist rejimi hava qüvvələrinin Dəməşq ətrafında Hizbullahın qüvvələri yerləşdiyi mövqelərə hücumu nəticəsində bu təşkilatın iki üzvü şəhid oldu. Bunun ardınca Hizbullah intiqam alacağını vəd etdi və sionist rejiminin bu terrorçu əməliyyatına reaksiya olaraq işğal edilmiş Fələstin ərazilərinin daxilində onların hərbi avtomobilini məhv etdi.


170 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP